Putin bu axşam Türkiyənin xarici işlər naziri Fidanla görüşəcək - Kreml

Rusiya prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Moskva vaxtı ilə saat 18:00-dan sonra prezident burada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Fidan ilə görüşəcək", - Kreml rəsmisi bildirib.

Peskovun sözlərinə görə, Fidan Moskvada danışıqlar aparırdı və indi “bu danışıqların nəticəsi” barədə Putinə məlumat verəcək. Putinin mətbuat katibi vurğulayıb ki, Moskva ilə Ankara arasında münasibətlərin gündəliyi “kifayət qədər genişdir, müzakirə olunacaq çoxlu mövzular var”.

Bundan əvvəl BRİKS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda Fidan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.

Mövsüm