Moskva bu gündən etibarən bir sıra Aİ mediasına girişə məhdudiyyətlər tətbiq edəcək

İyunun 25-dən Rusiya öz ərazisindən Avropa İttifaqı (Aİ) ölkələrində bir sıra KİV-lərin və media operatorlarının yayım resurslarına girişə məhdudiyyətlər tətbiq edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu, mayın 17-də üç Rusiya mediasının - RİA Novosti, İzvestiya MİK və Rossiyskaya qazeta-nın "hər hansı yayım fəaliyyətini" qadağan edən Aİ Şurasının hərəkətlərinə cavab olaraq edilib. Aİ-nin qərarı mayın 25-də qüvvəyə minib.

Mövsüm

Aznews.az