- Rusiya və İran
- 12:32
- 2 272
İran Müctəba Xameneinin yaralanmağını təsdiqləyib
İranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, lakin vəziyyəti qənaətbəxş hesab olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Baqayi bu barədə bildirib.
Diplomat İtaliyanın " Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib ki , "o, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm".
Bəqayi həmçinin bildirib ki, yeni Ali Rəhbər vəzifəsi uğrunda üç və ya dörd namizəd mübarizə aparıb, lakin Ekspertlər Şurasının üzvlərinin əksəriyyəti Müctəba Xameneiyə üstünlük verib.
Mövsüm,
AzNews.az