- Rusiya və İran
- 15:58
- 2 197
Vaşinqton bu prosesə kömək edə bilər - Peskov
ABŞ-ın AB və Ukraynaya təsir imkanlarını, həmçinin Donald Trampın səmimi istəyini nəzərə alsaq, Vaşinqton sülh yolu ilə nizamlanmaya kömək edə bilər.
AzNews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya ABŞ-ın Ukraynadakı vəziyyətin həllinə yardım etməyə hazırlığını yüksək qiymətləndirir, indiyə qədər heç kim bu yardımı rədd etməyib. Moskva Ukraynada sülh yolu ilə nizamlanma prosesinə və vasitəçilik xidmətlərinə açıqdır", - o bildirib.