Avropa İttifaqı və Yaponiya günəş sisteminin ən balaca planeti olan Merkuriyə kosmik gəmi göndərəcək. Avropa İttifaqı və Yaponiya günəş sisteminin ən balaca planeti olan Merkuriyə kosmik gəmi göndərəcək.

Günəş sisteminin ən kiçik planeti fəth edilir - Merkuriyə kosmik gəmi göndərilir

Avropa İttifaqı və Yaponiya günəş sisteminin ən balaca planeti olan Merkuriyə kosmik gəmi göndərəcək.

Avropa Kosmos Agentliyi (ESA), “Ariane 5” raketini, Yaponiyanın Kosmik Tədqiqat Agentliyi (JAXA) ilə birlikdə, "BepiColombo" missiyasının bir hissəsi kimi 20 Oktyabrda Fransız Qvineyasında göndərəcəklərini bildirdi.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 1,6 milyard avro büdcəsi olan missiya həm planetin Merkuri haqqında ətraflı məlumat əldə etməsini, həm də Günəş sisteminə aid dünyadan əldə edilə bilməyəcək məlumatları əldə etməyi hədəf alıb. Kosmik gəminin Merkuriyə yeddi il sonra çatacağı nəzərdə tutulur.

Qeyd edək ki, Merkuri Günəşə çox yaxın olduğu üçün ora kosmik gəmi göndərmək çox çətindir. Bu səbəblə, layihə “BepiColombo” missiyasının ən çətin layihələrindən biri sayılır.

Pərvanə AĞAZADƏ
AzNews.az