Xalq artisti Brillant Dadaşovanın köməkçisi aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlarına cabab verib. Xalq artisti Brillant Dadaşovanın köməkçisi aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlarına cabab verib.

“Brilliantın bacısı yeni həyata başlayır ” - İttihamlara cavab

Xalq artisti Brillant Dadaşovanın köməkçisi aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlarına cabab verib.


Seymur Zəkərəyev AzNews.az-a açıqlamasında bildirib ki, B.Dadaşova bacısı Sədaqət Dadaşovanın "Zuhal Topalla İzdivac" verilişinə çıxmasından xəbərsizdir: "Rəfael müəllim ola bilsin ki, məlumatsızdır. Sədaqət xanım həmin verilişə özü gedib. Efirdə görüb, maraqlanıb və gedib. Burada qəbahət heç nə yoxdur. O da qadındır, orada həyatını qurmağa gedib".

S.Zəkərəyev vurğulayıb ki, Sədaqət Dadaşovanın həmin verilişdə iştirakı yaradıcılıq baxımından müsbət qiymətləndirilməlidir: "Sədaqət xanım karyerasına müğənni kimi başlayıb, uzun müddət Vaqif Mustafazadənin caz qrupunün üzvü olub, filmlərə çəkilib və "Yaşıl eynəkli adam", "Səni axtarıram" tamaşasına çəkilib. Onun indi Türkiyəyə gedib həmin şouda iştirak etməsi yaradıclııq və ailə baxımından yeni bir həyata başlamasından xəbər verir. Ola bilsin ki, sənət, səhnə, film sahəsində uğur əldə etsin".

Qeyd edək ki, Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyənin "Fox" telekanalında yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılıb. Aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O, bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib.

Bahar RÜSTƏMLİ
AzNews.az