Aftandil İsrafilov həmkarlarını “topa tutdu” – FOTO

Xalq artisti, mahir qarmon ifaçısı Aftandil İsrafilov həmkarlarının əksəriyyətini tənqid edib. A.İsrafilov AzNews.az-a açıqlamasında bildirib ki, tanınmış musiqiçilərə xələl gəlməsini istəmir, əksinə, o, Azərbaycanda dinləyicilərin sayının çoxalmasını istəyir: "Söhbət əsl dinləyicidən gedir. Gərək, əsl dinləyici sənətkarların arasında olsun. Azərbaycanda elə böyük sənətkarlar var ki, paxıl, simic və eqoistdirlər. Onlar özlərini elə göstərirlər ki, ancaq bunların sənətini dinləsinlər. Amma özlərinin dinləmə qabiliyyəti yoxdur. Məsələn, Şövkət Ələkbərova elə sənətçilərdəndir ki, özünü dinləyirdi. Sabahı da yaxınlaşırdı ki, ay Aftandil, mahının filan hissəsi səhvdir, yaxud düzdür. İndi isə bir balaca çatışmamazlıq var ki, bunlar da aradan götürməlidir".

A.İsrafilov gənc qarmon ifaçılarının səhvlərindən də danışıb: "Mənim özümə yüzlərlə qarmon ifaçıları zəng edirlər. Elə qarmon ifaçıları da olur ki, mən özüm onlara zəng edirəm. Onlara deyirəm ki, mahnının filan hissə üç dəfə deyil, iki dəfə təkrar ifa olunmalıdır. Musiqinin müəyyən hissəsi düzgün deyil. Elə böyük sənətkarımız var ki, onların sənətində də səhvlər var. Sadəcə olaraq, onların adları çıxıb. Səhvləri düzlətmək lazımdır. Səhvlər də görünür. İnsan var ki, bilmir. İnsan da var ki, bilmir ki, bilmir. Həmin sənətkarlar bax, ikinci qeyd etdiyim kimidirlər.

Qarmon ifaçısı Orxan var. O, bir gün mənə zəng etdi ki, filan mahnı var ki, onu ifa edim siz də dinləyin. Mən dinlədim, amma bəyənmədim. Göstərişimi verdikdən sonra bir daha zəng etdi ki, bir daha ifa edim və ifa etdi. Bu dəfə bəyəndim. Yəni ki, musiqiçi belə olmalıdır".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description