Röya Ayxan üçün dəlisov ideyalar – VİDEO

Teleaparıcı və populyar mahnıların müəllifi Murad Arif Röya Ayxan üçün yeni mahnı bəstələyib. O, AzNews.az-a açıqlamasında bildirib ki, Röyanın ifa etdiyi "Həyata ikinci dəfə gəlsəydim" mahnısı fərqli üslubdadır:

"Həyata ikinci dəfə gəlsəydim" mahnısı "Almalarınla" və "İstanbul" mahnısı ilə bir ildə yazılıb. Bu mahnını neçə vaxtdır saxlayırdıq. Mahnının aranjiman müəllifi Emin Kərimliyə məxsusdur. İvan Dornanın üslubundan istifadə edilib. Mahnının tezliklə həzin variantı da çıxacaq. Röya ilə işləməkdən şadam. O da həmçinin... Söz veririk ki, əməkdaşlığımız bir mahnı ilə bitməyəcək. Onu da deyim ki, mahnının musiqisini 2008-ci ildə, sözlərini isə 2012-ci ildə yazdım. Hərdən itirməmək üçün ikinci şans istəyirəm. Mən belə hesab edirəm ki, bu mənim üçün ən güclü mövzulardan biridir".

M.Arif onu da qeyd edib ki, Röya üçün dəlisov ideyaları var: "Röya bir müğənni kimi mənə çox maraqlıdır. O, sözün yaxşı mənasında dəliliklər etməyə hazırdır, mənim də onun üçün dəlisov ideyalarım var. Beləliklə, 2013-cü ildə bizim əməkdaşlığımızı gözləyin. Mahnılar Röya dinləyiciləri üçün gözlənilməz və ayrı olacaq. Röyanı elektron tərzə daha çox yönəltmək istəyirəm. Düşünürəm ki, onun fanatları buna hazırdır".



Fuad Mədətov
AzNews.az