"İbrahim bəylə aramızda heç bir narazılıq yoxdur" "İbrahim bəylə aramızda heç bir narazılıq yoxdur"

“İsa peyğəmbər deyiləm ki, 2 günə İbrahim bəyi sağaldım?” – ŞOK

"İbrahim bəylə aramızda heç bir narazılıq yoxdur"



Ekstrasens Nuridə Küskünün AzNews.az-a müsahibəsi:

- İbrahim Tatlısəsin müalicəni yarımçıq qoyub Türkiyəyə qəfil getməsinə səbəb nədir?

- İbrahim bəyin xanımı 5 aylıq hamilədir. Qızı olacaq. İbrahim bəy 2 gündür ki, Bakıya gəlmişdi. Mən İsa peyğəmbər deyiləm ki, 2 günə onu sağaldım. O, dünən axşam hoteldən çıxandan sonra əllərimdən öpdü. Tatlısəs mənə gecə zəng edib, ağlaya-ağlaya dedi ki, həyat yoldaşım olmadan yaşaya bilmərəm. Ailəmi çox sevirəm, ya mən ora gedəcəyəm, ya da özü bura gələcək. Yəni ki, İbrahim bəylə aramızda heç bir narazılıq yoxdur.

- İbrahim bəy gecə saat neçədə sizinlə əlaqə saxlayıb?

- Müalicə edib gecə saat 02:00-da İbrahim bəyin yanından ayrıldım. Bundan sonra da telefonlarımı səssiz rejimə çevirdim. Çünki mənim istirahətə ehtiyacım var idi. Səhər telefonuma gələn mesajları oxuyanda bildim ki, İbrahim bəy xanımına görə, Türkiyəyə gedib. Mən də dərhal Türkiyəyə İbrahim bəyin özünə zəng etdim, telefona Eyyub bəy (İbrahim Tatlısəsin köməkçisi) cavab verdi. O, dedi ki, heç bir narazılığı yoxdur, həyat yoldaşına görə gəlib. Azəri qızı Günelin valideynləri ilə də danışdım. Rəhman bəy dedi ki, İbrahim bəy səhərə qədər hazırlığını görüb və gecə bir saat da olsa, yatmayıb.

- Gecə saatlarınadək İbrahim bəyin yanında olmağınız və onun qəfil gedişi vaxt baxımından müəmmalı deyilmi?

- Vaxtın dəyişilməsi onun öz işidir. Amma mən hoteldən ayrılanda mənə baş əyib, üzümdən öpdü. Söylədi ki, bir çox bio enerjili insanların yanında olub, amma heç birindən bio enerji almayıb, hiss etməyib. Mənim əllərimdəki bio enerjini hiss edərək deyirdi ki, "yandırıyor-yandırıyor"... məndən çox razıydı.

İbrahim bəy Bakıya gəldiyi zaman özü də deyib ki, öz istəyi ilə gəlib. Heç kim onu bura gəlməyə məcbur etməyib. İbrahim bəy yanımda olduğu zaman iki böyük, məşhur şəxsiyyətlərə zəng etdim və İbrahim bəy də onları dinlədi. Ümumiyyətlə, İbrahim bəy haqqımda məlumatları internet vasitəsiylə toplayıb və Bakıya gəlib. O, uşaq deyil ki, boş yerə bura gəlsin?

- İbrahim Tatlısənin həyat yoldaşıyla sizin danışığınız olubmu?

- İbrahim bəy yanımda olanda həyat yoldaşı ona zəng etdi və dedi ki, "super, super... çox gözəl enerji alıram". Telefonun dəstəyini mənə uzadan İbrahim bəy "sən də xanımımla danış" dedi. İbrahim bəyin həyat yoldaşına dedim ki, inşallah, yaxşı olacaq. Narahat olmayın, burada heç bir əməliyyat olmayacaq. Çünki əməliyyat deyil ki, bunu bir günə kəsək sağaldaq. Özü də mən İbrahim bəyə dedim ki, sağalanda sizdən bir tək gül dəstəsi istəyirəm, başqa heç nə... nə versəniz də qəbul etməyəcəyəm. Bunu sizə yardım etmək üçün edirəm. İbrahim Azərbaycana gələndə də mənə təzyiqlər oldu. Mənə zəng edib dedilər ki, İbrahim bəyi tədavi etsəniz, sizi vuracağıq. Cavabında da dedim ki, siz çox zəifsiniz. Məni bəndə vura bilməz, ancaq Allah vura bilər. Belə bir şeyə inanıb geri dönsəm, İbrahim bəy də gücsüz olduğumu görəcək. Mən bunu etməklə tək özümü deyil, Azərbaycan xalqını düşünmüşəm. Əgər, mən bu insana kömək edə bilməsəm adımızı batırarıq.

Bu barədə türk televiziyalarının nümayəndələri, Amerika həkimləri məndən soruşdular ki, siz İbrahim bəyi sağalda bilərsiniz? Dedim ki, Ukraynada bu cür xəstəm olub. O, General Vasileyviçdir. Onda qansızma olmuşdu. Bundan başqa, dünyanın bir çox məşhur insanlarını müalicə etmişəm və bunu isbat edən dəlillərim var.

- Sizi kim təhdid edib?

- Bilmirəm kim idi.

- İbrahim bəy həyat yoldaşı ilə danışanda siz onun yanında olmusunuz və bu danışıq saat neçədə olub?

- İbrahim bəy mənə söylədi ki, nə yaxşı xanımımı Azərbaycana gətirmədim. Onun sancıları olardı, başına bir iş gələrdi, sonra pis olardım. Xanıma bir şey olsa, çox pis olaram, yaşaya bilmərəm. İbrahim bəy mənə dedi ki, xanımım xəstəxanaya yerləşdirilib və nə görürsən? Dedim ki, qız uşağı görürəm. Qızın olacaq. "Əhsən!"dedi. İbrahim bəyə dedim ki, tədricən bio enerjiylə 15 günə siz effekti görəcəksiniz. Hətta, biz onun ayağına və belinə bio enerji verəndə, o, hiss etdi, sevincindən gözlərindən yaş gəldi.

İbrahim bəy Bakıya gələn günü xanımıyla danışığımız olub.

Fuad Mədətov
AzNews.az