Vidadi Bərdəli qəfil vəfat etdi – EKSKLÜZİV - YENİLƏNİB

Müğənni Vidadi Bərdəlinin qəfil vəfat xəbərini oğlu Vüqar AzNews.az-a təsdiqlədi: "Bəli bu gün atam vəfat edib. Ürəyində problemlər var idi. Özümü yaxşı hiss etmirəm. Məni bağışlayın, danışa bilmirəm".

***
10:15

Bu dəqiqələrdə AzNews.az –a daxil olan məlumata görə, bu gün sübh tezdən müğənni Vidadi Bərdəli 53 yaşında vəfat edib.

Paytaxt xəstəxanalarının birində müalicə alan müğənninin vəfatına səbəb beyninə qan sızması olub.

Allah rəhmət eləsin!

Fuad Mədətov
AzNews.az