Hollivudun məşhur aktyor və rejissoru Mel Gibsonun doqquzuncu övladı dünyaya gəlib. Hollivudun məşhur aktyor və rejissoru Mel Gibsonun doqquzuncu övladı dünyaya gəlib.

61 yaşlı Mel Gibson ata oldu - Doqquzuncu dəfə

Hollivudun məşhur aktyor və rejissoru Mel Gibsonun doqquzuncu övladı dünyaya gəlib.

AzNews.az "People" jurnalına istinadən xəbər verir ki, 61 yaşlı Gibsonun 25 yaşlı sevgilisi oğlunu Los-Ancelesdə dünyaya gətirib. Uşağın adını Lars Cerard qoyublar.

Aktyor Mel Gibson sevgilisi Rozalinda Rossla iki il bundan əvvəl görüşməyə başlayıb. Bu xanımın ilk övladıdır.

Yeni doğulmuş Larsdan başqa Gibsonun 2 qızı, 6 oğlu var. Bu uşaqlardan yeddisi Mel Gibsonun Robin Murla olan nikahından dünyaya gəliblər. Cütlük 2011-ci ildə boşanıb.

Boşanma prosesi zamanı aktyor rusiyalı Oksana Qriqoryevayla görüşməyə başlayıb. 2009-cu ildə cütlüyün Lyusiya adlı qızları dünyaya gəlib. Tezliklə Qriqoryeva Gibsonu məişət zorakılığında günahlandırıb, nəticədə cütlük ayrılıb.

Mel Gibson Oskara və Qızıl Qlobus mükafatlarına layiq görülüb.

image description image description image description image description image description image description image description image description