ABŞ-ın tanınmış aktyorlarından olan Şaya Labaf həbs olunub. ABŞ-ın tanınmış aktyorlarından olan Şaya Labaf həbs olunub.

Şaya Labaf həbs olundu- Trampa etiraz etdiyinə görə

ABŞ-ın tanınmış aktyorlarından olan Şaya Labaf həbs olunub.

AzNews.az TMZ portalına istinadən xəbər verir ki, aktyor ABŞ prezidenti Donald Trampa qarşı Nyu-yorkda təşkil etdiyi “O bizi bölə bilməyəcək” etiraz aksiyası zamanı saxlanılıb.

Aktyorun planına əsasən, aksiya çərçivəsində istənilən şəxs küçədə quraşdırılan və onlayn yayım aparan kameraya yaxınlaşaraq “O bizi bölə bilməyəcək” ifadəsini səsləndirə bilib.

Portalın məlumatına görə, Labaf kameraya yaxınlaşaraq onun xoşuna gəlməyən sözləri səsləndirən kişiyə hücum edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları aktyoru həbs ediblər. Labafı məhz hansı ifadənin özündən çıxardığı məlum deyil.

Aktyor “Tranformerlər”, “İndiana Cons və Kristal Kəllə Krallığı” kimi məşhur filmlərdə rol alıb.

Aydan