- Köhnə - Şou-biznes
- 1 Fevral 2017 22:29
- 8 365
Di Kaprio bu dəfə mafiya ilə mübarizə aparacaq
Leonardo Di Kaprio Stefan Taltinin "Qara əl" romanının ekranlaşdırılmasında iştirak edəcək.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, romanda hadisələr Nyu-Yorkda 1903-cü ildə cərəyan edir. Həmin dövrdə mafiya bütün şəhəri qorxuda saxlayırdı. Törətdikləri hər cinayət yerində qara əl izi saxlayırdılar.
İtalyan əsilli amerikalı dedektiv Cuzeppe Petrozino mafiya ilə mübarizə aparır. Bu dedktivə "italyan Şerlok Holmsu" ləqəbi də verilib.
Filmdə baş qəhrəmanı canlandıran Leonardo Di Kaprio, həm də filmin prodüseri olacaq.