Cəmi 3 günə çəkildiyi filmə görə Oskar ala bilər - Fotolar

“Ay işığı” filminə görə Oskara namizəd olan Naomi Harris bu filmə cəmi 3 günə çəkilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox aktyorlar filmdəki obrazı üçün ya arıqlayır, ya hədsiz kökəlir, ya da günlərlə heç kimlə ünsiyyət saxlamır.

Britaniyalı aktrisa Naomi Harris W jurnalına müsahibəsində deyib ki, Berri Cenkinsin dram janrında çəkilmiş filminə cəmi 3 gün vaxt sərf edib. Amma bu o demək deyil ki, aktrisanın obrazı kiçik və ya bəsit olub. Naomi bildirib ki, onun vizayla bağlı problemləri olub. Bu səbəbdən bir neçə həftəlik nəzərdə tutulan çəkilişləri 3 günə sığdırmağa məcbur olub. Buna baxmayaraq rejissorun dəstəyi ilə aktrisa rolun öhdəsindən peşəkarlıqla gələ bilib və hətta ən yaxşı ikinci plan aktrisası kateqoriyasında Oskara namizəd də görülüb.

Onun Oskar alıb-almayacağını isə fevralın 26-da biləcəyik.