Siyasətdən şou-biznesə… Siyasətdən şou-biznesə…

Röyanın pərəstişkarları aksiya keçirəcək – FOTO

Siyasətdən şou-biznesə…



Son zamanlar Bakıda daha çox keçirilən siyasi və sosial kütləvi aksiyalar deyəsən, şou-biznesə də təsir edib. Belə ki, müğənni Röya Ayxanın pərəştişkarları maraqlı ideya ilə bir araya toplaşacaqlar.

AzNews.az-ın məlumatına görə, müğənninin pərəstişkarları "Facebook" sosial şəbəkəsində yeni səhifə tərtib ediblər. Səhifədə bütün röyasevərləri bir araya toplanmasını istəyən pərəstişkarlar öz sevgilərini isbat etməyə çalışacaqlar.

Pərəstişkarlar 14 fevral - Sevgililər Günündə saat 13:00-da Nizami küçəsində (keçmiş "Torqovı") toplaşaraq ürək formasında şəkil çəkdirib Röyaya hədiyyə etmək fikrindədirlər.

Fuad Mədətov
AzNews.az

image description image description