“Ritm bəstəkarı adının təməlini qoyan ilk insanam” “Ritm bəstəkarı adının təməlini qoyan ilk insanam”

“Lağ edib, mənə gülürdülər” - “Natiq” ritm qrupunun rəhbəri

“Ritm bəstəkarı adının təməlini qoyan ilk insanam”

ARB TV-nin "Evgördü" verilişinin qonağı əməkdar artist, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovdur.

Əməkdar artist, sənətindən və ona lağ edənlərdən söz açıb:

"Vaxtilə məndən böyüklər mənə gülürdülər, mənə lağ edirdilər. Deyirdilər ki, nağaranı ayaqlarının arasına qoyur, nağaranı afrikanski, italyaniski çalır. İllər keçdi və elm öyrəndik. Elmi olmayan insan həyatda yox kimidir. Həmin mənə lağ edənlər illər sonra gördü ki, elm üstündür. İndi təzə-təzə qruplar çıxıb. Adlarını öz adları ilə adlandırırlar. Mənim qrupumun adı mənim adıma görə deyil ki. Natiq sözünün mənası var, natiq ifaçılarıq biz. Adımla uyğun gəldi, qoydum. Nağarada 5 ritm var. Bunu nağara çalanlar bilir. Amma ritmin mənası başqadır. 1-dən başlayıb milyonda qutarır, bitmiş bir fikrə ritm deyilir. Bunun açıqlamasını şəxsən özümüz yazmışıq. Ritm böyük bir elmdir. Ritm bəstəkarı adının təməlini ilk qoyan insanam".

AzNews.az