Xəyyam Nisanov evlənir

Müğənni Xəyyam Nisanov evlənir.

Bu günlərdə nişanlanan sənətçinin may ayında toyu olcağı gözlənilir. Sənətçinin köməkçisi Murad Arif AzNews.az-a açıqlamasında bu məlumatı nə təsdiq, nə də təkzib edib:

“Xəyyam şəxsi həyatı ilə bağlı mətbuata açıqlama vermir. Onun hüququ çatır ki, şəxsi həyatı ilə bağlı yayılan məlumata qadağa qoysun. Yaradıcılıq, səhnə, ifaçılıq ilə bağlı bütün sualları cavablandırırıq.”

Bahar RÜSTƏMLİ

AzNews.az