Müğənni Pərviz toy gününü açıqladı

Şou əhlinin ard-arda toy etməsi daha bir ifaçını həvəsləndirib.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Pərviz Abdullayev toy tarixini açıqlayıb. "Xəzər Maqazin"ə danışan ifaçı sentyabrın 12-də evlənəcəyini bildirib:


"İllərdir fikirləşirdim ki, 30 yaşımda öz toyumu edəcəyəm. Sentyabrın 12-də toyum olacaq".

Qeyd edək ki, "Azəri star" müsabiqəsindən tanınan Pərviz ötən ay nişanlanıb.