Uzun müddət teleməkanda görünməyən tanınmış meyxanaçı Aydın Xırdalanlının sosial şəbəkədə yayılan fotosu çoxlarını təəccübləndirib. Uzun müddət teleməkanda görünməyən tanınmış meyxanaçı Aydın Xırdalanlının sosial şəbəkədə yayılan fotosu çoxlarını təəccübləndirib.

Tanınmaz hala düşən Aydın Xırdalanlı: “Mən anadan narkotiklə doğulmuşam”

Uzun müddət teleməkanda görünməyən tanınmış meyxanaçı Aydın Xırdalanlının sosial şəbəkədə yayılan fotosu çoxlarını təəccübləndirib.

Fotodan Aydının xeyli arıqladığı və baxımsız vəziyyətdə olduğu görünür. Görəsən, meyxanaçını bu vəziyyətə gətirən səbəb nədir, olmaya səhhətində ciddi problemlər var?

Fotodan Aydının xeyli arıqladığı və baxımsız vəziyyətdə olduğu görünür. Görəsən, meyxanaçını bu vəziyyətə gətirən səbəb nədir, olmaya səhhətində ciddi problemlər var?

AzNews.az-ın məlumatına görə, Yenicag.az saytına danışan meyxanaçı elə sözlər deyib ki…

– Necəsiz Aydın?

– Yaxşıyam. Nə məsələdi, hamı mənə zəng edir, halımı soruşur.

– Sosial şəbəkədə yayılan fotonuz çoxlarını təəccübləndirib…

– Orxanla olan fotomu deyirsiz? Orda yaxşı düşməmişəm. Səhərdən dostlar zəng edib, soruşur ki, nolub, deyirlər tanınmaz hala düşmüsən. Nə var ey o şəkildə, belə şişirdirlər.

– Arıqlamısız, qorxduq ki, səhhətinizdə yəqin problem var?

– Əşşi, ona qalsa, Ələkbər Yasamallı ümumiyyətlə, o qədər arıqdır ki, gözə görünmür. Əvvəl bir az kök olmuşam, uşaqların gözü elə öyrəşib. Sonra arıqladım, birdən-birə hamıya qəribə gəldi. Adam var, bir dəridir, bir sümük ona heç deyən yoxdu ki, niyə bu gündəsən?! Kök olub, arıqlamağın da belə problemləri var. Göz öyrəşməyib, ona görə məni görüb şoka düşmüsünüz.

– Sizdə ki bu təb, istedad sizdə var, niyə görünmürsünüz?

– Lazım olanda görünürük. Çox görünəndə də adam hörmətsiz olur.

– Toylara, məclislərə gedirsiniz?

– Niyə getmirəm ki? Getməsək kasıbçılıqdan batarıq, yaşamaq olar ki? Çörəyimiz məclislərdən çıxır.

– Səhhətiniz necədir?

– Allah köməyin olsun, yaşayırıq də birtəhər.

– Bir ara şayiələr gəzdi ki, narkotik qəbul edirsiniz…

– Şayiə niyə olur ki, olanı danışıblar da… Narkotikdən istifadə edirəm də, bunu niyə gizlətməliyəm ki? Onsuz da məni tanıyan tanıyır.

– Bu gün yenə istifadə edirsiniz?

– Biz elə anadan narkotiklə doğulmuşuq.

– Səhhətinizə ziyandır axı…

– Siqaretin özü də ziyandır də, niyə hamı çəkir? Başına dönüm, danışdırma məni, indi hamı zəng edəcək ki, norkotikə görə arıqlamısan?