Məşhur aktyor Uil Smitin 18 yaşlı oğlu Ceyden Smit yeni filminin çəkilişləri üçün Kanadaya yollanıb. Məşhur aktyor Uil Smitin 18 yaşlı oğlu Ceyden Smit yeni filminin çəkilişləri üçün Kanadaya yollanıb.

Hollivud ulduzunun oğlunu oteldən qovdular - Qalmaqal

Məşhur aktyor Uil Smitin 18 yaşlı oğlu Ceyden Smit yeni filminin çəkilişləri üçün Kanadaya yollanıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc aktyor Torontoda 5 ulduzlu oteldən qovulub.

Bu barədə Ceyden özü sosial şəbəkədə paylaşım edib. O, otelin əməkdaşlarına əsəbləşdiyini, adının otelin qara siyahısına salındığına ümid etdiyini yazıb.

Əslində isə Ceyden otelin qaydalarına əməl etmədiyi üçün rəhbərlik tərəfindən oteldən çıxarılıb.