Xalq artisti Flora Kərimova əməliyyat olunub. Xalq artisti Flora Kərimova əməliyyat olunub.

Flora Kərimova əməliyyat olunub: “Proses daha çox inkişaf eləmişdi”

Xalq artisti Flora Kərimova əməliyyat olunub.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Sənətkarın sözlərinə görə, sağ gözündə problem yaranıbmış:

“Sol gözüm əməliyyat olumuşdu. Sağ gözüm narahatlıq verirdi. Sağ gözümün əməliyyatı soldan daha mürəkkəb keçdi. Görünür orada proses daha çox inkişaf eləmişdi. Amma sağ olsun həkimlər bunun öhdəsindən layiqincə gəldi.”

Flora Kərimova qeyd edib ki, hazırda özünü yaxşı hiss edir: “Yüz metr məsafədə kimin olduğunu rahat görürəm.”

Bahar RÜSTƏMLİ

AzNews.az