“Maşın şou”nun qalibi Talıb Tale Lent.az-a müsahibə verib. “Maşın şou”nun qalibi Talıb Tale Lent.az-a müsahibə verib.

“Orada telefonumu oğurladılar, indi də axtarılır” - Talıb Tale

“Maşın şou”nun qalibi Talıb Tale Lent.az-a müsahibə verib.

AzNews.az həmin müsahibəni ixtisarla təqdim edir:

- “Maşın şou”nun qalibi olmaq necə bir hissdir?

- Yarışmayla real həyat fərqlidir. “Maşın”da ab-hava tam fərqli idi. Yarışdan çıxandan sonra dünən mağazaya getmək istədim, amma yarı yoldan qayıtdım. Çünki insanların çox böyük diqqətini hiss elədim. Çünki yarışma boyu telefondan istifadə etməyə icazə vermirdilər. Ona görə də tamaşaçı sevgisini hiss eləmirdim. Digər iştirakçılardan bəziləri gizli telefon işlədirdilər, amma əllərindən aldılar.

- Bəs sizin yarışda favoritiniz kim idi?

- İnanırdım ki, İlkin Misgərli ilə aparıcı Vüsalə Əlizadə finala qədər gələ bilər.

- Yarış zamanı sizin oyun üslubunuz bir çoxlarının ürəyincə deyildi. Hətta Mehriban Xanlarova “Show time” verilişində bildirdi ki, Talıb qorxa-qorxa oynayırdı...

- Əslində orda qorxmayaraq oynayan mən idim. Çünki mən yatırdım, durub idman edirdim. Heç nədən xəbərim olmurdu. Amma sən demə, gecə iştirakçılar bir araya gəlib müzakirələr qururmuş. Çünki səhər-səhər gələndə hamı bilirdi ki, plan nədir. Bir tək mən bilmirdim. Ona görə də veriliş başlayan zaman məcbur olub soruşurdum ki, hədəf mənəm, yoxsa başqası.

- Quruplaşmada var idiz?

- Ola bilər ki, orada rəğbətim olan insanlar olub. Amma heç bir qruplaşmada yox idim. Məni öz qruplarına çəkmək istəyənlər də oldu. Mən getmədim.

- Talıb Taleni “Maşın şou”da SMS baxımından dəstəkləyən xüsusi imkanlı şəxslər var idi?

- Məni yarışma zamanı tanıyıb dəstək olan insanlar olub. Amma yarışdan öncə heç bir imkanlı və ya vəzifəli şəxs arxamda dayanmamışdı. Belə bir plan qurulmamışdı.

- Müsahibəmizə başlamadan öncə söylədiniz ki, sizə heç yerdə demədiyim bir xəbəri deyəcəm. Bəlkə açıqlayasız?

- Demək, yarışmaya gələn gündən telefon işlətmirdik. Qalib olan zaman telefonumu gətirdilər, atamla danışdım, daha sonra telefonum oğurlandı. Atamla danışandan sonra telefonum yox oldu, indi də axtarılır, amma tapılmır.