"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib. "ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib.

“Hansı arvad məni saxlayar ki, gecə durub “ulayıram””

"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Niyam Salami maraqlı açıqlamalar verib.

Sevgini yoluxucu xəstəlik adlandırıb, hələ o xəstəliyə tutulmadığını deyən müğənni, belə görünür ki, məqamın gəlməsini gözləyir:

“Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar. Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub “ulayıram””.

Niyam qocalanda həyat yoldaşının sırf ona baxması üçün evlilik etməyəcəyini, ümumiyyətlə, bu barədə hələlik düşünmədiyini söylədi:

“Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun. Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın?”.

Niyam Salami ilə olan geniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

AzNews.az