- Köhnə - Şou-biznes
- 30 Noyabr 2017 12:24
- 10 756
“Adam sizin üçün mahnı da oxumaq istəmir!” Röya əsəbləşdi - Video
Əməkdar artist Röya Ayxan MTRŞ sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib.
AzNews.az xəbər verir ki, müğənni sosial şəbəkə vasitəsi ilə MTRŞ sədrindən kliplərin yayımlanması üçün sənətçilərə bir televiziyanın ayrılmasını xahiş edib:
“Bir televiziya da bizə ayrılsın, klip saatı. Bu dərəcədə hörmətsizlik olmaz. Mən siz başa düşürəm, Nüşirəvan müəllim. Başınız qarışıb verilişlərə, keyfiyyətli və maraqlı olsun. Amma biz əldən gedirik, belə olmaz. Bütün sənət yoldaşlarım mənimlə razı olar. Kim qorxaqdı, razı olmasın. Məncə, hamı tələb etməlidir, ki, bu gənclərin çəkilən klipləri verilsin. O zaman rəqabət də olacaq. “O mənim ayaqqabımdan, bu mənim paltarımdan geyindi” olmayacaq. Biabırçılıqdır. Bu qədər pul buraxırıq bunların haqqını kim verəcək?”
Röya radio rəhbərlərinə səslənib: “Radiolara səslənirəm: işinizi bilin! Adam sizin üçün mahnı da oxumaq istəmir. Sonra deməyin ki, bizi heç kəs saymır. Çünki siz özünüz-özünüzü saymırsınız. Sizə uğurlar olsun, "qınından çıxıb qınını bəyənməyənlər" - radiolara aiddir”, - deyə müğənni əlavə edib.
Bahar RÜSTƏMLİ
AzNews.az