- Köhnə - Şou-biznes
- 2 Dekabr 2017 11:05
- 64 761
Pərvindən Adəm Məmmədova sərt ultimatum: “Müdafiə etdiyin “qadın”ın tərbiyəsizliklərdən..”
Teleaparıcı Tunay Əliyeva aktrisa Pərvin Abıyevanı məhkəməyə verir.
AzNews.az xəbər verir ki, bu barədə Tunay Əliyevanın vəkili Adəm Məmmədov məlumat verib. Adəm Məmmədovun sözlərinə görə, aktrisa Pərvin Abıyeva tərəfindən Tunay Əliyeva barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə sonuncunun pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediləcək: “
“Pərvin Abıyevanın işlətdiyi sözlər qanunsuz hesab edilərək, təkzib olunmaqla, həmçinin sonuncu tərəfindən üzür istənilməklə, 100 min manat iddiaçı Tunay Əliyevanın xeyrinə tutulması məhkəmədən tələb olunacaq”.
Pərvin Abıyeva isə qarşı tərəfin vəkili Adəm Məmmədova sərt ultimatum göndərib:
“Görəsən vəkilin kimi müdafiə etdiyindən və müdafiə etdi “qadın”ın qarşı tərəfə elədiyi tərbiyəsizliklərdən xəbəri var? Məncə yoxdur ki, bu cür status paylaşıb. Əsas odur ki, xalq bilir kim kimi təhqir edib. Mən bazar ertəsi vəkilimiə vəkalət vermişəm, artıq iş məhkəməyə gedib. Mənə elə gəlir ki, bu xanım qısa yoldan ona-buna söz atmaqla, sataşmaqla pul qazanmaq istəyir. Əgər bu ölkədə qanun varsa, onda gərək Tunay içəri girsin”.
Bahar RÜSTƏMLİ
AzNews.az