Dado Natavanla boşanma xəbərlərinə aydınlıq gətirdi: “Məni bağışla...”

Reper Dado Əliyev müğənni Natavan Həbibi ilə boşanmasından danışıb.

AzNews.az xəbər verir ki, Dado Əliyev ailəsi haqqında söz-söhbət yaradanları məhkəmə ilə hədələyib:

“Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa cür danışarıq... ortada şər və böhtan var. Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır... Xeyr, mən o kəslərdən deyiləm! Mənim nə adım, nə də hissim satılır. Bu nə biabırçılıqdır edirsiniz? İnsanlığınızı itirməyin. Ailəmə toxunmayın.

Natavan, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.

Qeyd edək ki, Natavan Həbibi ilə Dado Əliyevin toyu iyul ayında olub.

Bahar RÜSTƏMLİ
AzNews.az