- Köhnə - Şou-biznes
- 7 Dekabr 2017 16:35
- 8 480
41 illik evlilik bitir - Məşhur aktyor boşanır
“Leyla və Məcnun” serialında “Ağ saqqalı dədə” obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyurlar.
AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanması ilə bağlı bunları deyib: “3 ildir, onunla ayrı yaşayırıq. Birlikdə razılığa gələrək boşanmağa qərar verdik. Hər hansı təzminat tələbimiz yoxdur. Evliliyimizin təməli sarsıldığına görə boşanmağımıza qərar verilməsini istədik”.
Qeyd edək ki, Köksalla Jalə 1976-cı ildə ailə qurub. Cütlüyün 35 yaşlı bir qızı var.