Uzun illərdir ki, küsülü olan və bir-birinə “güllə” atan xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırov barışıb. Uzun illərdir ki, küsülü olan və bir-birinə “güllə” atan xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırov barışıb.

Xalq artisti ilə barışıq fotosu - İllər sonra bir arada

Uzun illərdir ki, küsülü olan və bir-birinə “güllə” atan xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırov barışıb.

AzNews.az xəbər verir ki, müğənni Abbas Bağırov Brilliant Dadaşova ilə barışdığını şou-biznes əhlinə bəyan edib. Çəkilişlərin birində xalq artisti ilə bir arada olan Abbas Bağırov şəkil çəkdirib.

Bu fotonu görən sosial şəbəkə izləyiciləri hər iki sənətçinin barışmasını dəstəkləyib.

B.Dadaşova ilə A.Bağırov arasındakı qalmaqal illər öncə "Aləm gözəl" mahnısının üstündə yaranıb. Həmin mahnını ifa edən Aabbas Bağırov onu Anar Məmmədovun yazdığını deyib. B.Dadaşova isə bəstənin Ramal İsrafilov tərəfindən məhz onun üçün yazıldığını iddia edib.

Bahar RÜSTƏMLİ

AzNews.az