- Köhnə - Şou-biznes
- 28 Aprel 2018 10:22
- 11 211
Dünyaca məşhur qrupdan möhtəşəm çıxış - "Salam Baku" (Video)
Britaniyalı musiqi qrupu “Jamiroquai” Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə konsert verib.
Aznews.az xəbər verir ki, “Baku Crystall Hall”da keçirilən konsertdə qrupun solisti Cey Key "Automation" adlı son albomundan olan mahnısı ilə səhnəyə çıxıb.
İfaçı həmyerlilərimizi "Salam, Baku!" deyərək salamlayıb. Daha sonra qrup səhnədə "Cosmic girl", "İnsanity", "Summer girl" kimi sevilən hitlərini səsləndirib.
Qeyd edək ki, bu gün saat 21:00-də “Baku Crystall Hall” səhnəsinə Christina Aguilera çıxacaq. Əyləncə gecəsini DJ Pancho, Axwell & Ingrosso, DJ Heyder & ALIGEE davam etdirəcək.