Meyxanaçı Namiq Qaraçuxurlu bir vaxtlar sevgili həyatı yaşadığı xalq artisti Aygün Kazımova barədə danışıb. Meyxanaçı Namiq Qaraçuxurlu bir vaxtlar sevgili həyatı yaşadığı xalq artisti Aygün Kazımova barədə danışıb.

"Aygün mənə qədər depressiyada idi" - Namiqdən etiraf

Meyxanaçı Namiq Qaraçuxurlu bir vaxtlar sevgili həyatı yaşadığı xalq artisti Aygün Kazımova barədə danışıb.

Lent.az-ın məlumatına görə, söz ustası “Ondan sonra” verilişində bildirib ki, A.Kazımova onunla yox, Hüseyn Dərya ilə duet oxumalı imiş:

“Aygünlə duetə başlayanda mən artıq stadionları doldururdum. Saraylara yerləşmirdim, stadionlarda çıxış edirdim. İranda, Moskvada konsertlərim olurdu. Ən parlaq vaxtım idi. Duetlə bir mərhələ də getdim qabağa. Yeni üslub yarandı sənətimdə. Şəfa stadionunda konsert verəndə bir media nümayəndəsi yox idi. Başa düşmürdüm ki, bunu işıqlandırmaq lazımdır. Duet ortağımdam prodüserlə işləməyi öyrəndim.

Bəzən deyirlər, səni filankəs qaldırdı. Yanlışdır... Mən Aygünlə duet oxumazdan əvvəl o, depressiyada idi. Aygünlə duet oxudum, onu depressiyadan çıxardım. Həmin ərəfədə onun Hüseyin Dərya ilə duet oxumaq fikri var idi. Amma bir neçə dəfə görüş təyin etsələr də, Dərya gəlməmişdi”.

AzNews.az