Həmyerlimizindən 100 min dollarlıq yardım


Türkiyəli müğənni Bengünün 5 illik sevgilisi Akın Altanla münasibətinin bitməsinə azərbaycanlı bir iş adamının səbəb olduğu iddia edilir.


Beş ildir birlikdə olduğu Akın Altandan ayrıldığını martın 11-də mətbuata açıqlamasında bildirən Bengünün həyatında hazırda yeni birisinin olduğu Türkiyə magazin dünyasının əsas mövzusu olub. Məşhur müğənninin bir müddətdir azərbaycanlı bir işadamıyla görüşdüyü son günlərdə hər kəsin dilindədir. Mətbuatda yazılanlara əsasən, Bengü iş adamı ilə "Anlatacaklarım var" adlı yeni albomunun hazırlıq müddətində tanış olub. Azərbaycanlı iş adamının albom üçün Bengüye 100 min dollarlıq yardım etdiyi, münasibətlərinin başlamasından sonra da Sarıyerde bir ev hədiyyə etdiyi iddiaları da var.
Türkiyəli müğənni Bengü isə mətbuata açıqlamasında Akın Altan ilə beş ildir davam edən əlaqəsini qarşılıqlı danışaraq, hörmət və sevgi çərçivəsi içində birlikdə bitirməyə qərar verdiklərini deyib.

Xəyalə Məmmədova
AzNews.az