Nura Suridən veriliş rəhbərlərinə xəbərdarlıq: “Özüm yoxamsa, adım da hallanmasın”

Müğənni Nura Suri bütün şou verilişlərə qadağa qoyub.

AzNews.az xəbər verir ki, o, daha heç bir kanala müsahibə verməyəcəyini bəyan edib:

"Bundan sonra bütün maqazin proqramlarına “zapret” qoyuram və onlara müsahibə verməyəcəm. Əgər özüm yoxamsa, belə verilişlərdə adım da hallanmasın. Təzə dəb düşüb, gündəmə gəlmək istəyən kiməsə söz atır. Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözü ümumi deyirəm yiyəsi tutur və ad çəkmirəm. Əgər kimsə anında reaksiya verirsə, deməli deyilənlər ünvanına çatıb. İllərlə efir üzünə həsrət qalanlar kamera görən kimi özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağları bunlar yaradıb. Sözdə hamı özünü kosmonovat, balerina kimi görə bilər, xəstəxanalarda da o qədər Napoleon, Nefertiti var ki...”

Bahar RÜSTƏMLİ
AzNews.az

image description