"İlhamə iç üzünü bir daha açdı"

Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında qalmaqal yenə davam edir. Bu dəfə sənətçilərin davasına onların prodüserləri də qarışıb. Belə ki, İlhamə Quıiyevanın mətbuat katibi Faiq Ələkbərlinin qalmaqallı açıqlamasına Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynovun cavabı gecikməyib.

Mikayıl Hüseynovun mətbuata göndərdiyi açıqlamanı olduğu kimi təqdim edirik.

"Özünü İlhamə Quliyevanın mətbuat katibi kimi təqdim edən Faiq Ələkbərlinin açıqlamaları ilə əlaqədar oxucularımızın nəzərinə çatdırıram ki, mən dəfələrlə qeyd etdiyim kimi nə İlhamə ilə şəxsi münasibətim olub, nə də belə münasibətlərin olmasına can atmışam.
Bir neçə gün əvvəl KİV –ə verdiyim açıqlamalarda da bildirmişəm ki, nə İlhamə Quliyeva ilə, nə də özlərini onun köməkçisi və mətbuat katibi kimi təqdim edən şəxslərə heç bir vaxt zeng etməmişəm və belə fikrim də olmayıb. Əksinə, həmin şəxslərin özləri dəfələrlə mənimlə telefon əlaqəsi saxlayaraq ən azı bir həftə ərzində İlhamə ilə barışmağımı israrla xahiş ediblər. Eyni məsələ ilə bağlı "Ümid var" verilişinin aparıcısı Zaur Baxşəliyev tərəfindən də məndən xahiş edilib. Lakin mən onlara bildirmişəm ki, əgər İlhamə KİV-də məndən üzr istəyərsə, yaşını nəzərə alaraq onu bağışlayaram.
Titullardan yeri düşmüşkən əvvəl sadaladıqları titulların üstünə Faiq Ələkbərli tərəfindən "Dünya sulh səfiri" olmayan titulunu da əlavə edibdir.
Qaldı ki, guya mənim tərəfimdən İlhamənin mövcud olmayan siyasi titulları barədə fikirlər irəli sürməyim, axı mövcud olmayan siyasi titullar haqqında necə fikirlər irəli sürmək olar? Bu gülüncdür. Telefon zəngləri ilə əlaqədar bir daha qeyd edirem ki, lazımi vaxtı mobil operatorlarda kimlərin kimə zəng etməsi məsələsini mətbuata təqdim edecəyəm.
Zənnimcə, Faiq Ələkbərlinin bu açıqlaması həm İlhamənin özü, həm də vəkili tərəfindən "Ümid var" verilişində etdiyi kobudluqlara, işlətdiyi jarqon ifadələrinə və mənim şəxşi həyatıma qarışmağa haqq qazandırmaq məqsədi daşıyır. Lakin belə hərəkətlərilə onlar öz vəziyyətlərini daha da gərginləşdirir və gülünc vəziyyətə gətirirlər. İlhamənin, həm də özünü onun mətbuat katibi və köməkçisi kimi təqdim edən şəxslərin nəzərinə çatdırıram ki, bəzilərindən fərqli olaraq nə İlhamə tərəfindən verilən titullara, nə də onun mənim sənətimə verdiyi qiymətə ehtiyacım yoxdur. Çünki belə qiyməti mənə dövlətimiz verib.
O ki qaldı populyarlıq məsələsinə həm İlhamənin, həm də onun köməkçisi və mətbuat katibi kimi təqdim edənlərin nəzərinə çatdırıram ki, populyarlıq heç vaxt mənim aləmimdə sənətdə keyfiyyət göstəricisi olmayıb.
Sonda oxucuların nəzərinə çatdırıram ki, "Ümid var" verilişində baş verənlər geniş tamaşaçı auditoriyası qarşısında baş verib. Heəin veriliş bayram tədbiri kimi təqdim edilsə də bütün ssenari elə həmin verilişin produseri olan Faiq Ələkbərlinin özü tərəfindən İlhamənin üzərində qurulmuşdu və məqsəd məni onunla barışdirmaq idi. Mənim ünvanıma həm aparıcı həm də İlhamə tərəfindən deyilən toy sağlığına bənzər təriflərdə eyni məqsəd daşıyırdı. Onlar gözləyirdilər ki, mən də İlhamənin ürəkdən gəlməyən suni təriflərinə aldanaraq məndən üzr istəmədiyi halda onu bağışlayacam. Gözlədiklərinin əksi olduqda isə İlhamə iç üzünü bir daha açdı. Veriliş ərzində dəfələrlə öz fikirlərini və mövqeyini 180 dərəcə dəyişərək hətta canlı efirdə jarqon ifadələr işlətməklə hədə qorxu gəlməkdən belə çəkinmədi. Həmin faktlara əlavə şərh verməyə ehtiyac görmürəm və heç bir vaxt nə İlhamə olmaq istəmişəm, nə də özümü onun vəziyyətinə salmaq iştəmişəm."

AzNews.az