Müğənni Elnarənin xalq artisti Brilliant Dadaşovanın “Facebook”dakı fəaliyyəti haqda sözləri yeni qalmaqala səbəb olub. Müğənni Elnarənin xalq artisti Brilliant Dadaşovanın “Facebook”dakı fəaliyyəti haqda sözləri yeni qalmaqala səbəb olub.

Müğənni Elnarə: “Bütün bunlar ailəmə təsir edir“

Müğənni Elnarənin xalq artisti Brilliant Dadaşovanın “Facebook”dakı fəaliyyəti haqda sözləri yeni qalmaqala səbəb olub.




Axşam.az-ın məlumatına görə, müğənni "Onlar" verilişinə açıqlamasında deyib ki, bu haqda danışmağına peşman olub:

"Hamı mənim sadəlövhlüyümdən, insanlara qarşı yaxşı münasibətimdən süni istifadə edir. Dediklərim olduğu kimi yox, başqa formada çatdırılır. Bir müsahibə verdim, onu qeybətə, qalmaqala çevirdilər. İstəmədiyim halda məni qalmaqala salmağa çalışırlar. Bütün bunlar isə ailəmə təsir edir. Ərim deyir ki, bəsdi, sən ancaq oxu, danışma. Amma mən buna əməl etmirəm. Bir ara şou-biznesdən uzaqlaşdım. Dedilər ki, Elnarə müğənnilikdən getdi, yerini kimlərə qoydu? İndi görürəm ki, bu aləmdən uzaq qalmaq yaxşı imiş".

Xatırladaq ki, iki sənətçi arasında qalmaqalın yaranmasına səbəb Elnarənin Brilliant Dadaşovaya xitabən "Ona bir ideya verim. Səhər durarkən dişlərini fırçaladığı vaxtı çəkdirdiyi şəklini də "Facebook"a qoysun" sözləri olmuşdu.

AzNews.az