Aygün Kazımova haqqında daha bir təəssüfedici xəbər

Azərbaycanı tərk etməyə qərar vermiş xalq artisti Aygün Kazımovadan daha bir təəssüfedici xəbər var.

ANS PRESS-in məlumatına görə, Kazımovanın amerikalı "duet ortağı" Snup Doqla İstanbulda konsert verəcəyi xəbərləri özünü doğrultmayıb. Dünya ulduzu 7 iyunda BJK İnönü stadionunun səhnəsinə tək çıxacaq.

Türkiyə mediasının yaydığı xəbərlərdə hip-hop musiqisinin ən önəmli adlarından olan Snup Doq (Snoop Dogg) "Vodafone İstanbul Calling Festivalı" çərçivəsində 7 iyulda Beşiktaş İnönü stadionunda konsert verəcəyi bildirilir. Snup Doqun sözügedən konsertinin afişasında Aygün Kazımovanın adı yoxdur. Konsertin Star TV-də gedən anonslarında da xalq artistimizin adı hallanmır.

Qeyd edək ki, İstanbul son günlər dünyaca məşhurların konsert proqramlarını təşkil edir. May ayının əvvəlində Castin Biberi qonaq edən İstanbul dünən Rihannanı qarşılayıb. Amerikalı repçi Snup Doq isə iyulun 7-də istanbullur qarşısında çıxış edəcək.

AzNews.az
image description