Aygün Kazımova İlhamə Quliyevanı təhqir etdi - FOTO

"Azərbaycan qadını...Azərbaycan sənətçisi adına ləkə gətirən yeganə və tək namizəd sizsiniz, İlhamə Quliyeva".

AzNews.az-ın məlumatına görə, bu təhqiramiz sözləri xalq artisti Aygün Kazımova "instagram" sosial şəbəkəsindəki hesabında yazıb. Sənətçi İ.Quliyevanın onunla bağlı dediyi sözlərin əks olunduğu yazının şəklini paylaşaraq, bu cür qeyd yazıb.

Xatırladaq ki, xalq artisti İ.Quliyeva dünən mətbuata açıqlamasında bildirmişdi ki, Aygün Kazımova ilə Brilliant Dadaşovanın fəxri adları alınmalıdır. O, hər iki müğənnini Azərbaycan qadını adına ləkə olmaqda ittiham etmişdi.

Anar
AzNews.az

image description