“Kişi gümüş taxmalıdır, qızıl qadına məxsusdur“ - Eyyub Yaqubov

Əməkdar artist Eyyub Yaqubov geyimlərindən danışıb.

Axşam.az-ın "ATV Maqazin" jurnalına istinadən verdiyi xəbərə görə, müğənni mağaları gəzməyi sevmədiyini deyib:

"Mağazaları gəzməyi sevmirəm. Mənim üçün hər şeyi həyat yoldaşım seçib alır. Bir də görürsünüz kostyum bəyənir, mən də vaxtım olanda gedib alıram.

Aksessuar taxmağı sevmirəm. Bircə üzük taxıram, onu da həyat yoldaşım İstanbulda olanda almışdı. Gümüşdür, üzərində dini ayə yazılıb. Məncə kişi gümüş taxmalıdır, qızıl qadına məxsusdur".
Eyyub Yaqubov baxımlı kişilərdən söz açıb. O, manikür-pedikür etdirdiyini deyib:

"Sənət adamları baxımlı olmalıdır. Vaxtı-vaxtında bərbərə, manikür-pedikürə gedirəm, Səhnədə səliqəli görünməyi xoşlayıram. Amma xarici görünüşə müdaxilə etmək olmaz. Məsələn, üzümü tamamilə qırxanda dəyişirəm. Ona görə də həmişə az saqqal saxlayıram".

AzNews.az