- Köhnə - Şou-biznes
- 23 İyul 2013 09:40
- 1 188
İş adamı məşhur müğənnini Bakıya gətirəcək

Bu barədə məlumatı "Qafqazinfo"ya eksklüziv olaraq konsertin təşkilatçısı, teleaparıcı İlhan Özbay verib. O bildirib ki, Murad Boz Bakıda açılacaq super bir restoranın açılışına gələcək: "Murad Bozu daha öncə başqa bir təşkilatçılar Bakıya gətirmək istəyirdilər. Amma bir sıra problemlər çıxdı. O, da gəlmədi. İndi biz onun meneceri ilə danışdıq, çox çətin şərtlərlə razılığa gəldik. Həmin şərtlərdən biri isə Murada veriləcək qonorarın əvvəlcədən ödənilməsidir. Murad Bozu Bakıya restoranının açlışına gətirən iş adamı da bu şərtlə razışıb. İnşallah sentyabrın sonunda Murad Bakıda konsert proqramı ilə çıxış edəcək".
Qeyd edək ki, Murad Boz Türkiyədə Tarkandan sonra ən çox tanınmış pop ulduzudur.
AzNews.az