- Köhnə - Şou-biznes
- 31 İyul 2013 09:59
- 3 496
Müğənni 1 milyonluq maşının əzilməsindən danışdı- FOTO

Bu barədə AzNews.az-a fikir bildirən əməkdar artist Cavanşir Məmmədovun sözlərinə görə, əzilən maşın onun üçün xırda dəmir parçasıdır: "Bu qəza bir ay bundan əvvəl olub. Maşın mənimdir. Bunun jurnalistlərə aidyyəti yoxdur. Dəmirdir də, böyük şey deyil ki. Əzilib, indi də düzəlib. Kimin nəyinə lazımdır mənim maşınım? Hamını mənim yaradıcılığım maraqlandırmalıdır". Qeyd edək ki, müğənni Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili ilə qəzaya uğramışdı. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı "London Taxi" arxadan vurub.
Bahar Rüstəmli
AzNews.az
