Bilal Əliyev: “Bir xahişim var, ədəbsiz şeylər yazmayın”

Xalq artisti Bilal Əliyev son vaxtlar mətbuatda bacısı oğlu və sevgilisi ilə bağlı çıxan xəbərlərə cavab verib.

"Axşam.az"ın məlumatına görə, adının yazılarda hallanmasına əsəbiləşən müğənni heç kimin davranışına cavabdeh olmadığını vurğulayıb.

Xalq artistinin yazdıqlarından bəzi məqamları təqdim edirik: "Bir neçə gündür ki, Gəncədə toyda idim. İndi kimin nə sualı varsa, buradan cavablandıracam. Əvvəla mən heç kimin hərəkətinə cavabdeh deyiləm. Xalqıma bağlı insanam. Mənim xidmətimdə təkcə qohum-əqraba deyil, kim nə edir, özü bilər. Bəzi insanlar tanınmış simaların adından istifadə edib, öz çirkin əməllərini gündəmə gətirirlər. Filankəsin qardaşı oğlu bunu etdi, filankəsin bacısı oğlu onu etdi. Belə cəhənnəmə etsin. Gedin özündən soruşun görün niyə etdi? Bəlkə dəlidir, heç şərəfi yoxdur? Bəlkə şəxsiyyətini pula satıb?

Mənim adımı bəzi ünsürlərin qarşısında hallandıranda heçmi əzab çəkmədiniz? Gecə-gündüz xalqım üçün etdiyim xidmətləri nəzərə alın.

Bəzi əxlaqsız qadınları bizim başımıza qaldıran, pulla "biz istəsək, zibildəndə müğənni yetişdirərik" deyənlərə niyə cavab yazmırsınız? Bir xahişim var, ədəbsiz şeylər yazmayın".

AzNews.az