Aybəniz Haşımova iki ölkə gənclərini konsertə hazırlayır


Əməkdar artist Aybəniz Haşımova yeni konsert proqramı hazırlayır. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Müğənni bildirib ki, sentyabr ayında Tacikistan müğənnisi Təxminə Niyazova onun dəvəti ilə Azərbaycana səfər edəcək: "Sentyabrın sonunda mənim dəvətimlə Tacikistanın məşhur gənc müğənnisi Тəxminə Niyazova Bakıya gələcək və ailəmizin qonağı olacaq. İnşallah fikrim var ki, iki ölkənin gənclərini birləşdirib konsert keçirdim. Konsertdə Ayni Xalid, "Bülbüllər"dən Müşfiq Əliyev, Zülfü Əsədzadə, Emil Hüseynzadə, Kənan Məmmədov, "Xalq ulduz"ları Əsgər İsmayılov, Vüqar Ağasiyev, Nicat Mənsimov, Mehman Elmanoğlu, Zümrüd Məmmədova, Babək Quliyev və başqalarının iştirakı gözlənilir. İnanıram ki, möhtəşəm bir gecə olacaq".

Bahar
AzNews.az