“Möhtəşəm Yüzil”in Hürrəm Sultanı hamilədir

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə Türkiyəni tərk edib, vətəni Almaniyaya qayıdan Məryəm Uzerli 4 aylıq hamilədir.

Bu barədə köşə yazarı Ayşə Arman bildirib. Arman Məryəmlə görüşərək, onun Türkiyədə keçirdiyi 3 ili, "Möhtəşəm Yüzil"i, başına gələn hər şeyi öyrənib.

"İnanılmaz şeylər öyrəndim. O, bizim zənn etdiyimizdən də çox ağır anlar yaşayıb. Şok içində qaldım. Amma ən əsası, Məryəm hamilədir! Körpəsi təxminən 4 aylıqdır. Saçlarını qısa kəsdirib. Həm xoşbəxt, həm də kədərlidir. Güclü olmağa çalışır. Məryəm "subay ana" olmağa hazırlaşır". Qeyd edək ki, Məryəm biznesmen sevgilisi Can Atəşdən 3 həftə öncə ayrılıb. Can Atəş bir neçə gün bundan öncə yeni sevgilisi ilə Kandillidə bir restoranda görüntülənib.

Əli Rais Hüseynli
AzNews.az