“Hərdən özümü danlayıram ki,...“ - İradə İbrahimova

"Mən özümü olduğum kimi göstərə bilmədim. Hərdən özümü danlayıram ki, axı sən niyə bu qədər soyuqsan? Nə qədər insan məni axtarır, darıxır… mənsə uzaq qaçıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova deyib. Mənfi xüsusiyyətlərindən söz açan sənətçi insanlarla ünsiyyət qurmaqdan qaçdığını etiraf edib:

"Bu o demək deyil ki, ailə qurduqdan sonra belə olmuşam, yox. Sənətdə olanda da beləydim. Hamıdan qaçırdım, ünsiyyət qurmurdum, insanlarla öz aramda böyük divar hörürdüm. İndi də eləyəm.

İstanbulda yaşadığımız bina böyükdür, çoxlu qonşular var. Heç kimlə münasibət qurmuram. Ceyhun mənə deyir ki, sən niyə beləsən? Çünki mən ikiüzlülüyü çəkə bilmirəm. Bu mənim təbiətimdən irəli gəlir, ya sənət məni qorxutdu... deyə bilmərəm.

Çox kaprizliyəm. Tutduğumu buraxmıram. "Mız-mız"lı tərəflərim çoxdur. Amma onu da deyim ki, ailə məni çox dəyişdi".

AzNews.az