İlhamə ilə Nazpəri növbəti dəfə məhkəmə qarşısında: 700 minlik iddia

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın məhkəmə çəkişməsinin növbəti "raundunun" vaxtı bəlli olub. Birincinin şikayəti əsasında keçiriləcək məhkəmə prosesi oktyabrın 4-ə təyin edilib.

Bu barədə məlumatı AzNews.az-a İ.Quliyevanın vəkili Şəfiqə Nağıyeva verib.

Qeyd edək ki, İ.Quliyeva N.Dostəliyevaya qarşı açdığı dava ilə bağlı Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb. Məhz bu səbəbdən də xalq artisti Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Sənətkar N.Dostəliyevaya qarşı açdığı davada 50 min manat cərimə ilə razılaşmır.

Xatırladaq ki, İ.Quliyeva N.Dostəliyevanın onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurduğu iddiası ilə məhkəməyə müraciət etmiş, ikincidən maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min manat ödəməsi tələb qoyub.

Bahar Rüstəmli
AzNews.az