“Açıq-saçıq geyinmək məndən başqa heç kimə yaraşmır”


Türkiyə şou-biznesi müğənni Röyaya "Azərbaycanın Rihannası" adı verdi.

Bu adı normal qarşılayan müğənni "Qafqazinfo"ya müsahibəsində açıq-saçıq geyinməyin Azərbaycanda ondan başqa heç kimə yaraşmadığını bildirib:

"Sadəcə onlar Azərbaycandan mənim kimi müğənni, qadın gözləmirdilər, şoka düşmüşdülər. "Göndər" klipim çəkiləndə dedilər qorxmursan, bunu efirə verməyə, söz-söhbətlər artacaq. Rejissorla danışanda dedim ki, sənə imkan yaradıram elə bir klip çək ki, tam gözəlliyi göstər, incəsənət qurban tələb edir, nə qədər açıq çəksən də insanlarla təmasımı yaxınlaşdırma, məni ucuz bilməsinlər, bahalı bilsinlər, yaxından görsələr də, əlləri çatmasın və biz bunu bacardıq. Rejissor dedi ki, sizdə silikon deyilən bir şey yoxdur, ayaqdan tutmuş sinənə qədər çəkib göstərməliyəm. Kim nə deyir desin, şou-biznesdə açıq-saçıq geyinmək məndən başqa heç kimə yaraşmır".

Bahar
AzNews.az