İlhamə-Nazpəri davası böyüdü; Dostəliyeva Quliyevadan 100 min tələb edir – ÖZƏL

Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında məhkəmə savaşı davam edir.

Bu dəfə məhkəməyə Nazpəri Dostəliyeva üz tutub. Yasamal Rayon Məhkəməsinə şikayət edən sənətçi həmkarı İlhamə Quliyevadan nə az, nə çox yüz min manat təzminat tələb edir. Bu barədə AzNews.az-a Yasamal Məhkəməsindən məlumat daxil olub.
Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev də xəbəri təsdiqləyib. O deyib ki, İlhamə Quliyevanın ATV telekanalının canlı yayımında işlətdiyi ifadələrə görə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə şikayət veriblər.

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi.

Onu da bildirək ki, xalq artistləri arasındakı növbəti iddia ilə bağlı məhkəmənin vaxtı gələn həftə bilinəcək.

Elvin
AzNews.az