- Köhnə - Şou-biznes
- 7 Oktyabr 2013 10:35
- 2 484
Məşhurlar “qorxma” deyəcək
Bu gün ATV kanalında yeni lahiyə -"Qorxma, mən səninləyəm" başlayacaq. Veriliş üç məşhur aparıcının - Əkbər Əlizadə, Tünzalə Əliyeva və Ülviyyə Əliyevanın təqdimatında baş tutacaq.
AzNews.az-a xəbər verir ki, veriliş hər həftənin bazar ertəsi, saat 22:00-da yayımlanacaq.
Veriliş boyu şou-biznesin tanınmış simaları bir-biriləri ilə yarışacaqlar. Verilişdə iki komanda iştirak edəcək.
Komandalardan birinə Toppuş bacı, digərinə isə Keyxanım "Qorxma, mən səninləyəm" deyəcək. Əkbər isə komandalara müxtəlif tapşırıqlar verəcək.
Bahar
AzNews.az