İdrisə ismarış: “Gəl, kişi kimi ver məhkəməyə“

"Space"in teleaparıcısı İdris Cəfərovla kanalın rəhbəri Vaqif Mustafayev arasında baş verən qalmaqala müğənni Roza Zərgərli də münasibət bildirib.

Müğənni İdrisi "Facebook" səhifəsində ittiham edib: "Bu günlərdə təsadüfən "YouTube"da bir video gördüm və İdrisi tanıyırdım deyə təbii ki, mən də baxdım. İdris Cəfərov Avropa ölkələrinin birində oturub, bir neçə fikir söyləyir.

Videoda başlayıb Kəmalə xanım haqda normal kişinin özünə yaraşdırıb qadın haqda deməyəcəyi sözlər deyir. Əvvəla normal kişi heç vaxt qadına toxunmaz, İdrisin özündən soruşan lazımdır ki bu yaşa çatmısan niyə ailə qurmamısan?! Yalnız ailə qurmayan kişi qadın haqda bu cür axmaq fikirləri söyləyə bilər.

Bir neçə il bundan əvvəl radioya yaxınlaşıb mahnımı verdim, bir neçə gün radio dalğasında yayımlandı, sonradan isə dayandırıldı. Səbəbini soruşanda dedilər ki, İdrislə əlaqə saxla. Biraz keçdi, İdrisin aparıcılıq etdiyi Bazar verlişinə müsahibə verirəm və müsahibə efirə verilmədi, səbəbini oyrənəndə, müxbir mənə dedi ki İdrislə əlaqə saxla.

İdrislə əlaqə saxladıqda mənə deyir ki, gəl mənimlə işlə, ayda rüşvət olaraq 1 000 AZN pul ver və bütün işlərini həll edim. Və mən təbii ki bununla razılaşmadım deyə, uzun zaman kanaldan uzaq düşdüm, necə ki bir çox İdrisdən bu təklifini alan və razılaşmayan sənətçilər.

İndi isə özü rüşvət istəyən, özü işindən istifadə edərək, mənə və mənim kimi bir neçə sənətçiyə quyu qazan insan gedib Avropada oturub guya ki kiminsə haqda həqiqəti açır? İdris belə kişisənsə və belə haqqın tərəfdarısansa, gəl kişi kimi ver məhkəməyə! Ancaq bilki həmin məhkəmədə mən də olacam və sənin etdiklərin haqda bütün həqiqətləri söyləyəcəm. Sənin kimi insanlar hər zaman quyu qazır və sonda uzaqlaşdırılırlar.

Şükür Allaha indi sən kanalda yoxsan, mən və mənim kimi bir çox sənətçilər kanala daxil olub, rahat verlişlərdə iştirak edirik. Qarşımızı sənin kimi rüşvətxorlar kəsmir.

Burdan üzümü tuturam bütün sənət yoldaşlarıma, kimlərə ki İdris rüşvət təklif edib, quyu qazıb, kimə ki yalandan hansısa sözləri deyib, öz başlarına gələnləri açıq yazın. Onsuzda ədalət var və haqq düzgün olan insanlarladır.

Qoy bu elə bir çox İdris kimilərinə dərs olsun, ədalət hər zaman qalib gələcək".

AzNews.az