“Sənin üçün”ün davamı olacaq

Ayan Babakişiyeva və Nadir Qafarzadənin birgə ifa etdiyi "Sənin üçün" adlı duetin davamı yazılıb.


Bu barədə AzNews.az-a məlumat verən müğənni Ayan Babakişiyevanın sözlərinə görə, layihə ilk duetin müəllifi olan meyxanaçı Samir Vida tərəfindən yazılıb.

"Sənin üçün-2" layihəsi də dinləyiciləri təəccübləndirəcək: "Bəli, yeni layihədə hər kəsi bir qədər həyəcanlandırıb, eyni zamanda təəccübləndirəcəyik".

Xatırladaq ki, bundan öncəki duet müxtəlif internet səhifələrində rekord sayda izlənilib. 4 milyondan artıq istifadəçinin sevərək dinlədiyi "Sənin üçün"ün davamı yenə də 3-lüyün təqdimatında yaxın zamanlarda eşidiləcək.


Bahar Rüstəmli
AzNews.az