Aşıq Samirə boşanmasından danışdı: “İndi azadam“

"Mən həyat yoldaşımla sülhlə, davasız-şavasız ayrıldım".

Bunu AzNews.az-a Aşıq Samirə bildirib. Onun sözlərinə görə, boşanma məsələsi məhkəmə qapılarında sonunclanıb: "Evliliyimiz məhkəmə ilə bitdi. Boşandım, özü də dekabrda. İndi azadam".

Qeyd edək ki, Rizvan Aşıq Samirənin ikinci həyat yoldaşıdır və ondan bir qızı var. Aşığın birinci həyat yoldaşından isə bir qızı var. Xatırladaq ki, Aşıq Samirə Rizvandan ailə həyatı qurandan sonra birinci evlilikdən olan uşağının atası ilə görüşməsinə qadağa qoyub.

Onun birinci həyat yoldaşı bununla bağlı ona dəfələrlə zəng etsə də Samirə "Sən qızının üzünü görməyəcəkəsən" deyə ona bildirib. Məsələyə Aşıq Samirənin birinci həyat yoldaşının da münasibətini öyrəndik. Onun cavabı isə daha şok oldu: "Samirə ərdə oturandı. O, mənim kimi kişinin qədirni bilmədi. Kim idi o? O, mənim sayəmdə, pulumun hesabına adam oldu. Görün o, necə bir insandı ki, öz doğma qızımı mənə göstərmir".

Bahar Rüstəmli
AzNews.az